Bu sözləri müsahibəsində VII ADA Siyasi Forumunun iştirakçısı, Pekin Texnologiya İnstitutunun elmi işçisi Reyçel Rudolf Xankəndidə deyib.
Regionda Azərbaycanın sülh istiqamətində gördüyü işləri yüksək qiymətləndirən Reyçel Rudolf deyib: “Zənnimcə, dialoq və əməkdaşlıq, xüsusilə iqtisadi əməkdaşlıq regiondakı ölkələr və yaşayan insanlar üçün davamlı sülhü təmin etmək üçün olduqca zəruridir. Çünki bizim iqtisadi mənfəətimiz qarşılıqlı əlaqələrin qurulması nəticəsində ticarət dövriyyəsi və ümumilikdə iqtisadi artımdan asılıdır”, - deyə Reyçel Rudolf əlavə edib. (AZERTAC)