18.04.2024, 12:26
AZ EN
21.09.2022, 17:15 313

UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya davam edir

XƏBƏRLƏR
  • Parisdə UNESCO-nun mənzil qərargahında “Mədəniyyətlərarası Dialoqun Yaradılması” mövzusunda tədbir keçirildiyi vaxt qurumun qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən sərgi xarakterli üçgünlük aksiya davam edir.

Aksiya Sərhədsiz ədalət və Hüquqlar (Justıce et Droıts Sans Frontières) Assosiasiyası tərəfindən təşkil olunub.

Aksiyada nümayiş olunan şəkillər uzun illər Ermənistan ərazisində Azərbaycan tarixi və mədəni irsinə qarşı kultursid siyasətini əks etdirir. Ermənistanın məqsədyönlü şəkildə Azərbaycan tarixi və mədəni irsinə qarşı vandalizm siyasəti aparmaqla, tarixi və mədəni irsimizi tamamilə məhv etdiyi yerli sakinlərə göstərilir və bu haqda məlumat verilir.

Təşkilatçı “Sərhədsiz Ədalət və Hüquq” Assosiasiyasının məqsədi aidiyyətli beynəlxalq təşkilatların diqqətini Ermənistanın Azərbaycana qarşı apardığı urbisid və kultursid siyasətinə cəlb etməkdir. Ermənistanın bərpa işləri adı altında Azərbaycanın mədəni abidələrinin digər xalqlara aid olması kimi tarixi saxtalaşdırmasının qəbuledilməz olduğunu vurğulayaraq, İrəvan şəhərindəki Azərbaycan abidələri haqqında ziyarətçilərə məlumat verirlər.

Sərgi xarakterli aksiyaya yaxınlaşan yerli sakinlər tarixi və mədəni irsin dağırılmasını pisləyərək, bunun bəşəriyyətə qarşı cinayət olduğunu bildiriblər. Qeyd ediblər ki, mədəni irsin dağıdılması yol verilməzdir və bununla beynəlxalq təşkilatlar ciddi məşğul olmalıdırlar.

Şəkillərdə dağıdılmış mədəni irs abidələrini görənlər bu hadisələr haqqında fransız mətbuatının susmasına təəssüfləndiklərini bildiriblər.

Aksiyada İrəvan qalası, Sərdarabad qalası, Sərdar sarayı, Səlim karvansarayı, Urud abidələr kompleksi, Təpəbaşı məhəlləsi, Aşıq Ələsgərin qəbirüstü abidəsi, Abbas Mirzə məscidi, Sərdar məscidi, Rəcəb Paşa məscidi, Novquzəli bəy məscidi, Hacı Cəfər bəy məscidi, Təpəbaşı məscidi və mədəni irsimizə daxil olan digər abidələrin fotomaterialları nümayiş etdirilir. (AZƏRTAC)  

Oxşar xəbərlər