Bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli ADA Universitetində keçirilən “Qərbi Azərbaycan mövzusu 100 ildə” mövzusunda dəyirmi masa çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, əsas tələb Qərbi Azərbaycan qaçqınlarının təməl hüquqlarının bərpasıdır:
"Bununla bağlı bütün beynəlxalq təşkilatlara müraciət etmişik. Təəssüf ki, bu istiqamətdə real addımlar yoxdur. Amma yenə də İcma bu ideya uğrunda mübarizəni davam etdirəcək. İnsanlar sonuncu nəfərinə, hər qarış torpağına dinc yolla qayıdana qədər bu yolda mübarizəmiz davam edəcək". (Report)