Bunu XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
“Bugünkü paneldə işğaldan azad edilmiş ərazilərdə görülən işlər diqqətə çatdırıldı. Digər iştirakçılar da qeyd etdilər ki, Azərbaycan modeli dünya üçün bənzərsiz bir nümunədir. Biz dünyada və regionda ən yaxşı şəhərləri inşa edirik. 8 şəhərin Baş planı, 90 kəndin planlaşdırılması tam başa çatdırılıb. O ərazilərdə artıq 40 min əhali yaşayır və işləyir”, - o qeyd edib. (APA)