Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə koməkçisinin keçmiş müavini Devid Merkel deyib.
O, Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı da dəyərləndirib: "Hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və Gürcüstan, Ermənistan və Azərbaycan üçün Cənubi Qafqazda sülhün təminatı istiqamətində mükəmməl imkanlar yaranıb. Bu, eyni zamanda, Ermənistanla qonşu dövlət olan Türkiyə arasındakı münasibətlərə də aiddir". (APA)