23.03.2025, 09:04
AZ EN
13.03.2025, 23:00 121

Latviyanın xarici işlər naziri Azərbaycan və Ermənistanı sülh sazişi mətni üzrə danışıqların başa çatması münasibətilə təbrik edib

XƏBƏRLƏR
  • Latviyanın xarici işlər naziri Bayba Braje Azərbaycan və Ermənistanı sülh sazişinin mətni üzrə razılığa gəlməsi münasibətilə təbrik edib.

O, bu barədə ölkənin baş diplomatı sosial şəbəkədə yazıb.

"Yaxşı dostlarımız olan Azərbaycan və Ermənistanı regionda davamlı sülh və sabitliyin bərqərar olması istiqamətində mühüm addım olan sülh sazişi mətni üzrə razılığa gəlməsi münasibətilə təbrik edirik”, – paylaşımda bildirilib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Bakı ilə İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanat yaymışdı. (Report)

Oxşar xəbərlər