14.03.2025, 00:09
AZ EN
13.03.2025, 19:30 114

Lamanauskas: COP29 rəqəmsal texnologiyaların dayanıqlı inkişafı üzrə təşəbbüslərin təşviqində mühüm rol oynayıb

XƏBƏRLƏR
  • Bakıda keçirilmiş COP29 iqlim konfransı rəqəmsal texnologiyaların dayanıqlı inkişafı üzrə təşəbbüslərin təşviqində mühüm rol oynayıb.

Bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibinin müavini Tomas Lamanauskas XII Qlobal Bakı Forumunda panel müzakirələri zamanı deyib.

“Azərbaycanda olarkən, əlbəttə ki, rəqəmsal texnologiyaların dayanıqlılığının təmin edilməsi üzrə işimizi, yəni “yaşıl rəqəmsal fəaliyyətləri” qeyd etməliyəm. COP29 bu sahəyə güclü siyasi təkan verdi. Yaşıl Rəqəmsal Texnologiyalar üzrə Fəaliyyət Bəyannaməsi artıq 80-dən çox ölkə və 120 digər maraqlı subyekt tərəfindən dəstəklənib. Bu, real addımların mümkün olduğunu göstərir”, - o söyləyib.

Lamanauskas vurğulayıb ki, təkcə rəqəmsal texnologiyaların təsirini dərk etmək yox, həm də dayanıqlı inkişaf kontekstində onların effektivliyini qiymətləndirmək vacibdir.

BTİ Baş katibinin müavini BMT-nin Baş katibi Antoniu Quterrişin BMT-18 İşçi Qrupunun yaradılması haqqında bu yaxınlarda verdiyi açıqlamaya da toxunub. Onun sözlərinə görə, bu təşəbbüsün məqsədi rəqəmsal texnologiyaların daha səmərəli və əlçatan olması, eləcə də bütün dünya vətəndaşlarının maraqları naminə onların praktiki tətbiqini təmin etməkdir. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR