Bunu Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli parlamentdə keçirilən “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmədə deyib.
O qeyd edib ki, 2020-ci il sentyabrın 27-də 200 illik ədalətsiz prosesin dayandırılmasına start verildi:
"Vaxtilə ermənilərin və onların havadarlarının səyi nəticəsində bu proseslər barədə məlumatlar gizlədilirdi. Buna görə də yeni nəsillər belə faciələrdən xəbərsiz yetişmişdi. Prezident İlham Əliyev qələbədən sonra 2022-ci il dekabrın 24-dəki tarixi çıxışında Azərbaycan dövlətinin və xalqının yeni ideyasını elan etdi. Bu məsələdə də QHT-lər öz sözlərini deməlidir". (Report)