08.06.2025, 22:46
AZ EN
07.03.2025, 12:46 225

Milli Məclis Azərbaycanın D-8-ə qoşulmasını ratifikasiya edib

XƏBƏRLƏR
  • Milli Məclis Azərbaycanın “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Nizamnaməsi”nə qoşulmasını təsdiqləyib.

Bununla bağlı parlamentin bugünkü plenar iclasında “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, Azərbaycan 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanmış “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulur.

Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib. (Report)

Oxşar xəbərlər