"Vətən səsi" xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Mqer Qriqoryana istinadən məlumat yayıb. Ermənistan baş nazirinin müavini delimitasiya komissiyasının növbəti iclasının martda keçirilə biləcəyini söyləyib.
Nazir müavini tərəflər arasında hələ müzakirə edilməli olan məsələlərin qaldığını deyib. O, Tavuş istiqamətində delimitasiyanın ikinci mərhələsi üzrə qərarı tərəflər arasında bu məsələdə konsensusun olması ilə izah edib.
Xatırladaq ki, birgə komissiyanın ötən il həyata keçirdiyi demarkasiya prosesi çərçivəsində Qazaxın Aşağı Əskipara, Bağanis Ayrım, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana təhvil verilib. Həmçinin Kirants kəndindən başlayaraq sərhəd divarı çəkilib və kəndin yarısı Azərbaycanın, yarısı Ermənistanın nəzarətində təsdiqlənib. Ermənistanla delimitasiyanın növbəti mərhələsində Azərbaycana məxsus 4 eksklavın - Qazax rayonunun Sofulu, Barxudarlı və Yuxarı Əskipara, Naxçıvanın isə Kərki kəndlərinin taleyi müəyyən ediləcək.
Elxan SALAHOV