08.06.2025, 14:55
AZ EN
25.02.2025, 10:07 225

Rusiyalı ekspert: “Ermənistan konstitusiyasını dəyişməyincə sülh olmayacaq"

XƏBƏRLƏR
  • “Azərbaycan və Ermənistan arasında sülh danışıqları və sülh müqaviləsinin imzalanması Ermənistan Konstitusiyasının dəyişdirilmədən mümkün deyil”.

"Vətən səsi" xəbər verir ki, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib. O, "BizimMedia"ya açıqlamasında bildirib ki, Paşinyan hökuməti Ermənistan konstitutsiyasına 2026-cı ildə dəyişiklik etməyi planlaşdırıb. Bu isə o deməkdir ki, gələn ilədək Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkün deyil: “Paşinyan bunu yaxşı başa düşür. O, hətta 2026-cı ildə konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirilə biləcəyini bildirib. Ancaq bir çoxları sual verir ki, əgər bunu indi etmək mümkündürsə, niyə sonraya saxlayır? Ola bilsin ki, Paşinyan cəmiyyəti belə bir konstitusiya dəyişikliyinə hazırlamaq istəyir, öz vətəndaşlarının kütləvi düşüncəsi üzərində işləyir ki, “Qarabağ klanı” nümayəndələri onu vəzifədən uzaqlaşdırmasın”.

Daria Qrevtsova qeyd edib ki, konstitutsiya dəyişikliyi olmadan imzalana biləcək sülh, qeyri-rəsmi sənəd kimi qiymətləndiriləcək. O, sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasını dəyişdirilməsi ilə bağlı rəsmi Bakının şərtini haqlı hesab edir: “Buna görə də Nikol Paşinyan, addım-addım Ermənistan cəmiyyətini Konstitusiya dəyişikliklərinə hazırlayır. Çünki hüquqi baxımdan başa düşür ki, konstitusiya dəyişmədən sülh müqaviləsi imzalamaq mümkün deyil. Əks halda, hakimiyyətə gələn hər hansı yeni baş nazir bu müqaviləni sadəcə ləğv edə bilər. Çünki konstitusiya istənilən müqavilə və qanundan daha üstündür. Buna görə də Paşinyanın konstitusiyanı mümkün qədər tez dəyişdirmək səylərini dəstəkləmək lazımdır”.

Elxan SALAHOV

 

Oxşar xəbərlər