19.10.2024, 13:20
AZ EN
02.02.2024, 13:45 282

Xankəndi seçki dairəsinin sədri: “Bu seçkilər bizim üçün bayram seçkisidir”

XƏBƏRLƏR
  • Qarşıdan gələn növbədənkənar Prezident seçkiləri bizim üçün bayram seçkisidir.

Bunu 122 saylı Xankəndi seçki dairəsinin sədri Mədinə Abbasova deyib.

O qeyd edib ki, Xankəndi şəhəri 14 saylı seçki məntəqəsi artıq fəaliyyətə başlayıb: “Xoşbəxtik ki, tarixi anlar yaşayırıq. Burada yeni məntəqənin açılması böyük uğur, unudulmaz tarixi hadisədir. Bütün qəlbimizlə, ruhumuzla bu qüruru, fərəhi hiss edirik”.

M.Abbasova bildirib ki, hazırda prezident seçkilərinə hazırlıqla əlaqədar son tamamlanma işlərini aparmaq üçün yenidən məntəqədədirlər və artıq bu məntəqə hazır vəziyyətdədir.

“Xankəndi şəhərindən olan seçicilərimiz çox böyük ruh yüksəkliyi ilə sanki bayrama hazırlaşırmış kimi seçkiyə hazırlaşıb. Elə həqiqətən də bu seçkilər bizim üçün bayram seçkisidir. 14 saylı məntəqəmizin seçici siyahısında olan bütün seçicilərimizin hər birini 7 fevral prezident seçkiləri ilə əlaqədar Xankəndi şəhərində səsvermə hüququndan istifadə etməyə dəvət edirəm”, - o deyib. (Report)

Oxşar xəbərlər