09.06.2025, 09:12
AZ EN
17.09.2022, 08:00 480

Putin: “Şadam ki, Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi dayandırmağa nail olunub”

XƏBƏRLƏR
  • Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi bizim hamımızı narahat edir.

Bunu Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.

“Şadam ki, Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi dayandırmağa nail olunub. Lakin orada vəziyyət əvvəlki kimi gərgindir”, - deyə Putin qeyd edib.

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığının məzmunu barədə həmkarına məlumat verdiyini bildirib: “Dünən axşam mən Ermənistanın baş naziri ilə danışdım – siz bu barədə bilirsiniz, mən sizə demişəm”. (APA)

Oxşar xəbərlər