Bu sözləri Küveytin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Feysal əl-Mutairi ölkəsinin 64-cü Milli Günü və 34-cü Qurtuluş Gününün ildönümü münasibətilə keçirilən tədbirdə söyləyib.
"Turizm sahəsindən bəhs edərkən görə bilərik ki, Küveytdən Azərbaycana turist axını böyük sürətlə artıb. Belə ki, 2024-cü il ərzində Azərbaycana gələn küveytli turistlərin sayı əvvəlki illərə nisbətən daha da artaraq 31 min 400 nəfərə yaxın olub. Əlavə etmək istərdim ki, hazırda ölkələrimiz arasında həftədə 4 aviareys həyata keçirilir", - deyə səfir vurğulayıb. (AZERTAC)