20.09.2024, 09:52
AZ EN
16.09.2022, 15:21 314

Yaşar Əliyev: Ermənistan regionda sülh və sabitliyin tərəfdarı deyil

XƏBƏRLƏR
  • Son 30 il ərzində BMT Təhlükəsizlik Şurasının tələblərinin yerinə yetirilməsinə lazımınca diqqət yetirilməməsi və məqsədyönlü tədbirlər görülməməsi Ermənistanı Azərbaycana qarşı hüquqazidd qüvvə tətbiqinin nəticələrini möhkəmləndirməyə sövq edib. Beləliklə, təcavüzün nəticələri aradan qaldırılmayıb və daha da kəskinləşib. Məhz 30 ilə yaxın müddət ərzində dövlət sərhədinin bir hissəsinin işğal olunması delimitasiyanı və demarkasiyanı qeyri-mümkün edib.

Bu barədə Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev qurumun Təhlükəsizlik Şurasının iclasındakı çıxışı zamanı bildirib.

Daimi nümayəndə deyib ki, əgər bu addımlar vaxtında atılsaydı, sonuncu eskalasiyanın qarşısı alına bilərdi. Buna görə də Ermənistanın özünü hamılıqla qəbul edilmiş prinsip, norma və dəyərlərin qətiyyətli müdafiəçisi kimi göstərmək cəhdləri bu ölkənin beynəlxalq hüququ və insan haqlarını inadkarcasına pozan dövlət kimi hamıya məlum olan həqiqi obrazını təmizə çıxara bilməz.

“Ermənistan hələ də öz beynəlxalq öhdəliklərini yerinə yetirməyib, o, regionda sülh və sabitliyin tərəfdarı deyil. Ermənistanın Azərbaycandakı yaşayış məntəqələrinin köhnəlmiş və uydurma adlarından istifadəni davam etdirməsi buna sübutdur”, - deyə Yaşar Əliyev vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR