28.04.2025, 18:44
AZ EN
14.02.2025, 10:16 233

Simonyan Qarabağdan qaçan ermənilərə həqiqəti söyləyir

XƏBƏRLƏR
  • Ermənistan parlamentinin spikeri Alen Simonyanın bir neçə gün əvvəlki çıxışında "2023-cü ilin sentyabrında Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirləri zamanı Qarabağda ermənilərin həmin əraziləri tərk etməməli və qalıb döyüşməli idi” söyləməsindən sonra erməni ictimayyətində başlamış qalmaqallı müzakirələr davam edir. Spikerin separatçı Samvel Şahramanyanın Qarabağı gizli yolla tərk edərək Ermənistana qaçmasının ardınca hərbi strukturlarda rəhbər vəzifə tutmuş şəxslərə ünvanladığı iradlar geniş mübahisələrə yol açıb.

"Vətən səsi" xəbər verir ki, erməni mətbuatı spikerin səsləndirdiki fikirlərə aydınlıq gətirmək üçün onun özünün və haqqında danışdığı şəxsləri sorğu-suala çəkir. Alen Simonyanın dünən jurnalistlə dialoqu da maraqlı məqamlarla yadda qalıb. Belə ki, parlament sədrini son günlər səsləndirdiyi fikirlərə görə sual yağışına tutan jurnalistlərdən biri ondan qondarma “artsax”ı niyə Qarabağ adlandırdığını soruşub. Spiker isə cavabında dolayısı ilə həmin ərazilərin Azərbaycana aid olduğunu və 2023-cü ilədək orada yaşamış ermənilərin Ermənistanda da “qarabağlılar” adlandırıldığına diqqət çəkib.

“Mən siyasətçiyəm, reytinq xatirinə belə ifadələr işlətməkdən qaçmağa və bunu etməməyə çalışıram. Çünki mən başqa ölkənin vətəndaşlarının mənim şəhərlərimdən birini Azərbaycan adları ilə adlandırmasının əleyhinəyəm. Ona görə də siyasətçi etikasını qorumalıyam. Sizcə, mən aktivistəm və reytinqimi artırmaq üçün xoş sözlər deməliyəm?”, - deyə Ermənistan parlamentinin sədri əlavə edib.

Xatırladaq ki, erməni spiker bundan əvvəl keçirdiyi brifinqdə jurnalistin müvafiq sualına cavabında ən doğru ifadənin Qarabağ olduğunu demişdi.

Elxan SALAHOV

Oxşar xəbərlər