05.02.2025, 18:12
AZ EN
05.02.2025, 15:09 45

Paşinyan Ermənistanın gələcəyindən qorxur

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan amerikadakı diaspor nümayəndələri ilə görüşündə ölkəsinin gələcəyi ilə bağlı qorxu hissi keçirdiyini etiraf edib. O, xüsusilə 44 günlük müharibədən sonra siyasi və hərbi-təhlükəsizlik məsələləri ilə bağlı regionda müşahidə olunan proseslər fonunda Ermənistanda ideoloji dəyişikliyin baş verdiyini söyləyib.

“Vətən səsi” xəbər verir ki, Nikol Paşinyan Vaşinqtonda erməni icmasının nümayəndələri ilə görüşdə Ermənistandakı dəyişikliklərin ilk növbədə onun  hakim komandası ilə bağlı olduğunu gizlətməyib. Onun sözlərinə görə, Ermənistanın 44 günlük müharibədə ağır məğlubiyyətə uğramasından sonra siyasi müstəvidə davam edən proseslər erməni ictimaiyyətində hakimiyyətə qarşı etimadsızlıq yaradıb.

Paşinyan əlavə edib ki, mövcud reallıqlar Ermənistanın hakim komandasını və bütövlükdə siyasi elitanı ideoloji müstəvidə də dəyişikliklərə vadar edir: “Bizdən əvvəlki hökumətin fərqli ideologiyası olub, indi ideoloji transformasiya gedir. Belə bir fikir var idi ki, Ermənistan Respublikası ali məqsədlər üçün dayaq nöqtəsidir. Bu məqsədlər tarixi keçmişlə bağlıdır. İndi Ermənistan Respublikasının özü ali milli məqsəddir və bundan yüksək milli məqsəd ola bilməz”.

Ermənistanın Baş naziri deyib ki, bu transformasiya erməni xalqının keçdiyi yola görə baş verir. Paşinyanın sözlərinə görə, Ermənistan 44 günlük müharibədə məğlubiyyətdən keçərək, müstəqil, suveren dövlətə sahib olmaq imkanı qazanıb.

Elxan SALAHOV

Oxşar xəbərlər