05.02.2025, 00:54
AZ EN
04.02.2025, 21:10 113

Azərbaycanın BMT yanında yeni təyin olunmuş daimi nümayəndəsi etimadnaməsini Quterreşə təqdim edib

XƏBƏRLƏR
  • Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında yeni təyin olunmuş daimi nümayəndəsi Tofiq Musayev etimadnaməsini BMT Baş katibi Antonio Quterreşə təqdim edib.

Görüş BMT-nin Nyu-Yorkdakı əsas qərargah binasında baş tutub.

Görüş zamanı səfir Tofiq Musayev Azərbaycana son səfərlərinə və Bakıda İqlim Sammitinin uğur qazanmasında əvəzsiz roluna görə Baş katibə təşəkkürünü bildirib. Daimi nümayəndə Azərbaycanın dünya təşkilatına davamlı dəstəyini və təşkilatın məqsəd və prinsiplərinə uzunmüddətli sadiqliyini vurğulayıb.

O həmçinin Azərbaycanın sülh və ədalətin təşviqinə, beynəlxalq hüququn möhkəmləndirilməsinə, çoxtərəflilik prinsipinin təbliğinə və dayanıqlı inkişaf gündəliyinin həyata keçirilməsinə öz töhfəsini verməyə davam etmək əzmini vurğulayıb.

A. Quterreş, öz növbəsində, BMT ilə səmərəli əməkdaşlığa görə Azərbaycana təşəkkür edib: “Xoş gəlmisiniz və biz ümid edirik, Azərbaycan ilə Birləşmiş Millətlər Təşkilatı arasında təsirli əlaqələri daha da gücləndirəcəyik. Mən COP29-da iştirak etməkdən çox məmnun oldum və əldə edilən nəticələrə görə Azərbaycanı və COP29 sədrliyini ürəkdən təbrik edirəm. Eyni zamanda, mənim keçmişdə Azərbaycanda məcburi köçkünlərin problemləri ilə məşğul olan hökumətinizlə sıx əməkdaşlıq etmək imkanım olub. Beləliklə, sizin ölkəniz mənim üçün BMT-nin sütunları ilə çox vacib tərəfdaşlıq təmsil edən bir ölkədir. Buna görə də xahiş edirəm, Prezident İlham Əliyevə mənim ən səmimi salamlarımı çatdırasınız". (Report)

Oxşar xəbərlər