19.10.2024, 21:27
AZ EN
07.12.2023, 13:35 274

Niderlandlı yazıçı: Hər dəfə “erməni soyqırımı” söhbətini eşidəndə deyirəm ki, məni güldürməyin

XƏBƏRLƏR
  • "Mən Niderlanddanam və bu gün Qarabağda səfərdəyəm, Qarabağ haqqında baş verənlər barədə kitab yazmışam".

Bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum çərçivəsində Ağdam rayonuna səfər edən niderlandlı yazıçı Henri Van Rens deyib.

“Çünki mənim ölkəmdə insanlar Azərbaycan haqqında, Qarabağ haqqında heç nə bilmir. Onların bu gün yeganə danışdığı “erməni soyqırımı”dır. Mən də hər dəfə “erməni soyqırımı” söhbətini eşidəndə deyirəm ki, məni güldürməyin. Mənim kitabım 1988 - 1994-cü illərdə baş verənləri əhatə edir. Bu tarixdir”, - o bildirib.

Henri Van Rensin sözlərinə görə, Niderlandda tez-tez siyasətçilərdən Azərbaycandan neçə nəfəri tanıdıqları barədə soruşur: “Bəzən tanımırlar, bəzən də bir nəfəri tanıdıqlarını deyirlər. Mən də soruşuram ki, yaxşı, bəs siz Azərbaycanla bağlı heç nə bilmirsinizsə, bu ölkə barədə necə danışa bilərsiniz?! Onlarsa mənə cavab verə bilməyiblər”.

Niderlandlı yazıçı Azərbaycanda ilk dəfə 2009-cu ildə səfər etdiyini, o vaxtdan sonra isə 2013 və 2020-ci illər istisna olmaqla hər il yenidən gəldiyini vurğulayıb:

“Mən Azərbaycana səfərlərim zamanı bütün ölkəni gəzmişəm, lakin o zamanlar Qarabağa gəlmək mümkünsüz idi. Lakin 2021-ci ildə bu baş tutdu. Mən Qarabağa gəldim, burada insanlara söhbət etdim, insan hekayələri dinlədim, kitabım üçün yeni fotolar çəkdim. Mənim kitabım ermənilər tərəfindən əsir alınıb işgəncəyə məruz qalmış, öldürülmüş Xocalı, Başlıbel və digər Qarabağ qurbanları barədədir. Kitab üzərində işlərim hələ ki davam edir, tamamlanmayıb. Bu gün ANAMA lazım olan köməkliyi mənə göstərir. Bu sayədə kitab tezliklə tamamlanacaq”.

Henri Van Rens 600 səhifəlik kitabın gələn Novruz ərəfəsində Niderlandda, Roterdamda dərc olunacağını deyib. O, kitabın təqdimatı üçün Azərbaycana da səfər edəcəyini deyib.

“Azərbaycan mənim ikinci vətənim olub. Mən bu xalqı sevirəm. Bu gün Ağdam qəbiristanlığında oldum. Onu deyim ki, bundan əvvəl də bir neçə dəfə orada olmuşam. Mənim qəhrəmanlarımdan biri də Allahverdi Bağırovdur. O, mənim üçün doğma insandır, 2000-dən çox insanın həyatını xilas edib. Allahverdi Bağırov ermənilərlə əsirləri dəyişərək böyük iş görüb. Ancaq çox təəssüf ki, o və sürücüsü mina partlayışında həlak olub. Burada olmaq kədərlidir, ancaq eyni zamanda, mənim üçün də çox vacibdir.
Mən çox şadam ki, Qarabağ yenidən bütövlükdə Azərbaycana məxsusdur. Bir zamanlar bu torpaqlarda yaşamış insanlar indi deyirlər: "Biz evimizə qayıdırıq", - o vurğulayıb. (APA)

Oxşar xəbərlər