Görüş zamanı nazir Ceyhun Bayramov iki ölkə arasında münasibətlərin ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında normallaşmasına ölkəmizin sadiqliyini vurğulayıb.
Ermənistanın son təxribatları daxil, prosesə maneçilik cəhdlərinin qarşısının alınmasının əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Bununla yanaşı, Ermənistanın mina təhdidlərinin aradan qaldırılmasının vacib olduğu bildirilib.("APA")