XİN-dən bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd, İƏT-in institusional effektivliyini artırmaq, təşkilatda islahatlar və gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparmaq olub.
Sözügedən Komitənin fəaliyyəti cari ildə ölkəmizdə keçiriləcək İƏT-in 17-ci Zirvə Toplantısı çərçivəsində digər mövzularla yanaşı baxılacaq İƏT-in növbəti 10 il üzrə strateji sənədinin müzakirəsində təməl rolunu oynayacaqdır.
Tədbirdə çıxışı zamanı, Yalçın Rəfiyev İƏT-də islahatlar və regionda gələcək əməkdaşlıq perspektivləri ilə bağlı ölkəmizin mövqeyini diqqətə çatdıraraq, “İƏT Baxışı 2035” sənədinin regionda çağırışların səmərəli həllinə və əməkdaşlığın gücləndirilməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.
Səfər çərçivəsində Yalçın Rəfiyev İƏT-in Baş katibi Əsəd M. Xan, İƏT-ə ev sahibliyi edən ölkə qismində İranın Xarici işlər nazirinin müavini Seyed Rəsul Mohacer, eləcə də üzv ölkələrdən olan tərəf müqabilləri ilə görüşərək, çoxtərəfli əməkdaşlıqla bağlı məsləhətləşmələr aparıb. (Trend)