05.02.2025, 12:45
AZ EN
23.03.2022, 14:00 249

XİN: "Ermənistanı bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etməyə çağırırıq"

XƏBƏRLƏR

Xarici İşlər Nazirliyi (XİN) Ermənistanı Azərbaycanın Qarabağ bölgəsindəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etməyə çağırıb. Bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

"Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqa zidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin və beləliklə də regional sülh və əminamanlığa töhfə versin", - XİN rəsmisi vurğulayıb. ("Report")

Oxşar xəbərlər