03.02.2025, 14:58
AZ EN
03.02.2025, 11:56 179

Elman Nəsirov: Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir

XƏBƏRLƏR
  • Ermənistan sülhdən danışıb, ən azı 2027-ci il fevralın 19-a qədər sülh müqaviləsinin imzalanmasını yubatmaq istəyir.

Bunu Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deputat Elman Nəsirov deyib.

O xatırladıb ki, Brüsseldə Avropa İttifaqı ölkələrinin səfirlərinin toplantısında 2027-ci ilin fevral ayının 19-na qədər Aİ-nin Ermənistandakı mülki missiyasının müddəti uzadılıb:

“Heç kimə sirr deyil ki, bu, mülki missiya deyil, casus şəbəkəsidir və ordakılar diplomat deyil, kəşfiyyatçıdırlar. Niyə onlar Aİ-nin mülki missiyası adlanmalıdırlar?”.

E.Nəsirov vurğulayıb ki, missiyaya Kanada nümayəndələri də daxildir və belə olan halda bu qrupu Aİ-nin missiyası adlandırmaq olmaz.

“Kanada NATO ölkəsidir. Onda gərək biz də deyək ki, Aİ-də NATO missiyasından söhbət gedir. Yəqin ki, perspektivdə mülki-hərbi, sonra isə hərbi missiyaya çevirilməsi istisna deyil”, - o deyib. (Report)

Oxşar xəbərlər