Bunu Pakistan-Azərbaycan Məzunları Birliyinin qurucusu, strateji kommunikasiyalar üzrə pakistanlı ekspert Qayser Nəvvab söyləyib. Qayser Nevvab deyib: “Sentyabrın 13-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində genişmiqyaslı təxribatlar törədiblər. Təxribat nəticəsində Azərbaycan əsgərləri şəhid olublar. Bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, şəhidlərə Allahdan rəhmət diləyirik”.
Bildirilib ki, Ermənistan Azərbaycana qarşı təxribatlara son qoymalı və sülh üçün mövcud imkanlara kölgə salınmamalıdır. (AZƏRTAC)