Bu barədə Özbəkistanın Təl-Əvivdəki diplomatik missiyasının mətbuat xidməti məlumat yayıb.
“Özbəkistanın İsraildəki səfiri Zati-aliləri cənab C. Aminov Azərbaycanın səfiri Zati-aliləri cənab M.Məmmədovla səmimi və məhsuldar görüş keçirib”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.
Bildirilib ki, müzakirə ikitərəfli münasibətlərin inkişafına və iki səfirlik arasında birgə tədbirlərin keçirilməsi imkanlarının nəzərdən keçirilməsinə həsr olunub. (Report)