23.12.2024, 19:25
AZ EN
13.09.2022, 12:45 348

Markov: Döyüşlərin başlanmasının səbəbi İrəvanın üçtərəfli sazişi icra etməməsidir

XƏBƏRLƏR
  • Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların yenidən başlanmasının səbəbi İrəvanın 10 noyabr tarixli üçtərəfli sazişin qərarlarını icra etməməsidir.

Bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov bildirib.

Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli sazişin bəndləri tam icra olunana qədər vaxtaşırı döyüşlər davam edəcək.

“Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar yenidən başlayıb. Səbəb Azərbaycan, Ermənistan və Rusiya arasında 10.11.2020-ci il tarixli üçtərəfli sazişin qərarlarının yerinə yetirilməməsidir. Ermənistan öz qoşunlarını Qarabağdan tam çıxarmayıb. Nəqliyyat dəhlizləri hələ də açılmayıb. Bunlardan ən mühümü Zəngəzur dəhlizidir - hansı ki, Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirir. Ermənistan sərhədin demarkasiyası və delimitasiyasını uzadır, ona görə ki, Azərbaycan ərazisinin onlarla kiçik hissəsini vermək istəmir. Qarabağ ərazisinin ermənilərin yaşadığı hissəsi Azərbaycana heç bir reinteqrasiya həyata keçirmir. Orada heç bir kompromis əldə olunmayıb. Nə qədər ki, bu məsələlər həll olunmayıb, vaxtaşırı döyüşlər davam edəcək”, - Markov vurğulayıb.

Rusiyalı politoloq proqnozunda qeyd edib ki, bir neçə gün döyüşlər olacaq, Azərbaycanın daha güclü ordusu kiçik bir əraziyə nəzarəti ələ keçirəcək, daha sonra vasitəçilər atəşkəsə nail olacaqlar. (APA)

Oxşar xəbərlər