23.12.2024, 09:59
AZ EN
15.02.2024, 19:50 248

Belarus Azərbaycanla strateji tərəfdaşlığı çox yüksək qiymətləndirir - Lukaşenko

XƏBƏRLƏR
  • Biz Azərbaycanla strateji tərəfdaşlığımızı çox yüksək qiymətləndiririk.

Bu fikri Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyevin etimadnaməsini qəbul edərkən bu ölkənin Prezidenti Aleksandr Lukaşenko söyləyib.

A.Lukaşenko seçkilərdə xalqın böyük dəstəyini qazanmış Prezident İlham Əliyevə konstruktiv yanaşmasına görə xüsusi minnətdarlığını bildirib. Dövlət başçısı maraq doğuran sahələrdə məsələlərin həlli üçün iki ölkə liderləri arasında əldə olunan razılaşmalardan daha fəal faydalanmağı təklif edib.

Qeyd edək ki, fevralın 15-də Belarus Prezidenti Aleksandr Lukaşenko səkkiz ölkənin səfirlərinin etimadnaməsini qəbul edib. (Trend)

Oxşar xəbərlər