Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşdən sonra keçirilən birgə brifinqdə söyləyib.
C. Bayramov bildirib ki, USAID-in ölkəmizə yardımları ABŞ-ın mənafeyi üçün edilirdi. Buna görə də biz ABŞ ilə sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını tələb etdik. Onlar isə bunun dayandırılmasını istəmirdilər. Ona görə də biz bundan sonra yazılı təkliflərimizi ABŞ tərəfinə göndərdik və müzakirələr aparıldı.
“Biz bir daha şahid olduq ki, USAID-in yardımları xoşniyyətli deyil. Ona görə də ölkəmizə qarşı qərəzli və zərərli siyasi xətt tutan USAID-in fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb”, - deyə o əlavə edib. (AZERTAC)