03.07.2025, 14:25
AZ EN
25.12.2024, 11:13 283

Tural Gəncəliyev: “Qarabağa hər köçən ailənin uğuru düşmənlərimizin məğlubiyyəti və əzabı deməkdir”

XƏBƏRLƏR
  • “Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının dirçəlməsi, abad hala salınması və ən gözəl məkanlardan birinə çevrilməsi baxımından Şuşa şəhərinə növbəti köçün yola salınması və Qarabağda yeni dövrün başlanması çox gözəl təsir bağışlayır”.

Bu sözləri Milli Məclisin deputatı Tural Gəncəliyev Real-a açıqlamasında deyib. Millət vəkili əlavə edib ki, bir Şuşa sakini kimi,  mən də çox sevinirəm: “Hər öz evinə-eşiyinə, torpağına dönən vətəndaşımız, onların sevinci, dövlətimizin gücünün artması bizim hamımızı sevindirir. Hər köçən insanın, hər köçən ailənin, sanki orda irsi bərpa olunur, keçmiş məşəqətli günlər silinir. Bu, dövlətimizin həm də çox ciddi şəkildə həmin ərazilərə investisiya yatırması və bərpa quruculuq işlərinin sürətlə getməsi deməkdir. 2020-ci ildən bəri bərpa və quruculuq işlərinə ümumilikdə 22 milyard manat pul xərclənmişdir ki, 2025-ci ilin büdcəsində də hökumət 5 milyard manat əlavə ayırdı və Milli Məclisdə büdcəmiz təsdiqləndi. Beləliklə,  ümumilikdə 27 milyard manat edir. Bu, çox önəmli, çox gözəl bir vəsaitdir ki, bizim torpaqlarımız abad olunur,  bərpa olunur, quruculuq işləri sürətlə davam edir. Hətta, bu rəqəm, artıq Azərbaycanın  2025-ci il büdcəsini götürsək, bir illik büdcə gəlirləri, təxminən 38 milyard manat təşkil edir. Demək olar ki, Azərbaycanın  bir illik 2025-ci ilin büdcəsinə gəlirlər hissəsinə yaxın bir vəsaiti biz artıq yatırmışıq, sırf bərpa və quruculuq işlərinə və vətəndaşların öz torpaqlarına geri dönməsi üçün. Çox möhtəşəm xəbərlərdir”.

Millət vəkili daha sonra bldirib ki, Şuşaya və işğaldan azad olunmuş digər ərazilərə bu köçlərin getməsi və orada əhalinin məskunlaşması sosial iqtisadi inkişafa, həm regionun sosial iqtisadi inkişafına, həm də ümumiyyətlə, Azərbaycana çox müsbət intensivli şəkildə təsir edəcək. Artıq 10 minə yaxın insan işğaldan azad olunmuş torpaqlarımıza geri dönmüşdür: “Üstəgəl, orda  daimi şəkildə işləyən, çaləşan və hər gün ora asudə vaxtını keçirməyə gedən insanları əlavə etsək,  demək olar ki, orda 20 min, 30 min insanın aktiv iqtisadi fəaliyyətlə, işlə məşğuluğunu görürük. Beləliklə də, bu Azərbayanın sosial-iqtisadi inkişafına böyük bir bust, böyük bir gəlir deməkdir. Artıq qış sezonu başlamışdır. Əminəm ki, qış turizminin inkişafı üçün görülən işlər Laçında, Kəlbəcərdə, elə mədəniyyət paytaxtımız Şuşada, Xankəndi  şəhərində əlavə bir stimul verəcək. Xankəndidə sentyabr ayından bir  ali təhsil müəssisəsi, yəni Qarabağ Univeristeti fəaliyyətə başlamışdır. Mindən çox tələbənin orada təhsil alması, daimi yaşaması, bütün bunlar Azərbaycan iqtisadiyyatına, Azərbaycan  büdcəsinə, xalqımızın rifah halına çox yüksək şəkildə təsir edir. Təsəvvür edin, biz böyük bir bina tikirik, bu xoş xəbərlər, bu qayıdış, quruculuq-bərpa işləri elə bil həmin o binanın hər dəfə bir daşını qoyuruq, bir daşını qaldırırıq və hər dəfə bu bir töhfə olur xalqımıza, dövlətimizə, torpaqlarımızın bərpa olunmasına. Bunu müqayisə edəndə düşmənlərimiz ona görə həzm edə bilmir. Bizə qarşı hücumlar, məkrli dezinformasiya, misinformasiya kampaniyaları davam edir. Çünki hər köçən ailənin uğuru  düşmənlərimizin məğlubiyyəti və əzabı deməkdir.

Şuşada, digər Qarabağ şəhərlərində, Şərqi Zəngəzurda bu tikinti bərpa işlərinin görülməsi regionda stabilliyə çox yüksək səviyyədə təsir edir. Çünki artıq bizim həmin o torpaqları  kiçik bir zaman ərzində  bərpa etməyimiz, ora yeni ruh verməyimiz, yeni nəfəs verməyimiz  beynəlxalq investrlara, qonşu ölkələrdən olan iş adamlarına yəni stimul veririk ki, onlar gəlsinlər investisiya yatırsınlar. Artıq stabilliyin, sabitliyin olması göz önündədir və yenə də biz nəzərə alsaq,  görərəik ki, həmin o torpaqlar çox ciddi, çox güclü  turizm, mədəniyyət, incəsənət potensialına malikdir. Ona görə də ora yatırılan hər bir investisiya, atılan hər bir addım, hər bir qəpik  artıq o torpaqlarımızın  dəyərini artırır və stabilliyə, sabitliyə də çox ciddi önəm verir.

Bu yaxınlarda artıq Qarabağ Universitetində Özbəkistanla bir yerdə tikiş fabrikinin açılması, məktəblərin açılması, Ağdam şəhərində, Xankəndidə və digər zavod və müəssisələrin, fabriklərin artıq yaxın gələcəkdə fəaliyyətə başlaması onun mesajını verir ki,  Qarabağ Azərbaycanın ən  cəlbedici, ən inkişaf etmiş turizm bölgəsi kimi dünya  insanlarını bura cəlb edəcək”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər