09.06.2025, 02:34
AZ EN
11.12.2024, 14:41 303

Ermənilər Qarabağa qayıtmaq istəyir - O HALDA Kİ...

XƏBƏRLƏR
  • Ermənistanda revanşizm meylləri hələ də davam edir. Ermənilər İkinci Qarabağ müharibəsində və ötən ilin sentyabrında keçirilən antiterror əməliyyatları zamanı layiqli cəzalarını alsalar da, İrəvanda hələ də nələrinsə dəyişəcəyinə ümid edənlər, Qarabağda yaşamış erməniləri aldadadaraq onları geri dönəcəklərinə indandırmağa çalışanlar var.

“Vətən səsi” xəbər verir ki, revanşist qüvvələrin Ermənistan mətbuatı vasitəsilə yaydığı bəzi məlumatlar belə deməyə əsas verir. Revanşist əhval-ruhiyyəli növbəti sərsəm bəyanatı Ermənistan parlamentinin deputatı Qarnik Danielyan səsləndirib. O, jurnalistlərə açıqlamasında separatçı ünsürlərin itmiş ümidlərini geri qayratmağa çalışdıqlarını söyləyib və iddia edib ki, Qarabağ ermənilərinin azərbaycanlılarla birgə yaşamaq şanları hələ tam itirilməyib: “Qarabağ məsələsi bağlanmayıb və bu istiqamətdə hər gün çalışmaq bizim borcumuzdur. Biz Qarabağ ermənilərinin geri qayıtması üçün hər şeyi etməliyik. Lakin Paşinyan hökumətindən başqa hamı bu məsələdən danışır”.

Revanşist Qarnik Danielyan əlavə edib ki, Qarabağı tərk etmiş ermənilərin böyük əksəriyyəti Ermənistanda deyil, xarici ölkələrdə yaşayır. Bununla belə, onun fikrincə, hazırda Ermənistanda yaşayan həmin ailələrin bir çoxu Qarabağa qayıdacaqları günü gözləyirlər: “Təəssüf ki, bu məsələ bizim hökuməti çox da maraqlandırmır. Paşinyan və onun komandası Azərbaycanın bütün tələblərini yerinə yetirəcəklərinə söz veriblər. Əgər belə olsa, Qarabağdan köçən ailələrin ora qayıtmaq hüququ olmayacaq. Azərbaycan isə şərt qoyub ki, kim Qarabağda yaşamaq istəsə bu ölkənin vətəndaşlığını qəbul etməlidir. Bilmirəm, kimlərsə o təklifi qəbul edəcəkmi? Amma reallıq odur ki, hökumət həmin insanların qayğısına qalmır və onlar Ermənistanı tərk etməyə məcburdurlar”.

Elxan SALAHOV

Oxşar xəbərlər