09.06.2025, 01:14
AZ EN
07.12.2024, 12:04 183

Türkiyəli deputat: Zəngəzur dəhlizinin açılması regionun inkişafına xidmət edəcək

XƏBƏRLƏR
  • Zəngəzur dəhlizinin açılması regionun inkişafına xidmət edəcək.

Bunu Cümhuriyyət Xalq Partiyasıının (CHP) Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının sədr müavini Murat Emir Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.

Onun sözlərinə görə, Orta Dəhlizin bir hissəsini təşkil edəcək Zəngəzur dəhlizi bir trilyon dollara yaxınlaşan fürsətlər vəd edir:

“Bu əməkdaşlıq, şübhəsiz, sadəcə iqtisadi əməkdaşlığın artmasına deyil, eyni zamanda bölgədə siyasi və mədəni əlaqələrin inkişafına da töhfə verəcək”. (Report)

Oxşar xəbərlər