“Vətən səsi” xəbər verir ki, bunu erməni türkoloq Mher Abramyan bildirib. O, erməni mətbuatına açıqlamasında iddia edib ki, Suriya münaqisəsinin çözülməsində siyasi və hərbi üstünlüyü ələ alan Türkiyənin növbəti hədəfinin Zəngəzur dəhlizi olacaq. Onun sözlərinə görə, Türkiyı Suriyadakı məqsədinə çatacağı təqdirdə bütün qüvvələrini Sünik (Zəngəzur) üzərindən nəqliyyat dəhlizinin açılmağa yönəldəcək: “Türkiyənin planında növbəti addım Zəngəzur dəhlizi layihəsinin reallaşmasıdır. Mümkündür ki, Türkiyə Suriyadakı prosesləri yekunlaşdırdıqdan sonra istənilən yolla Zəngəzur dəhlizini açmağa çalışacaq. Müxtəlif yollara əl atıla bilər. Türkiyənin Ermənistanı hədəfə götürməsini əsaslandıracaq birdən çox səbəb tapa bilərlər.
Erməni siyasi ekspert söyləyib ki, Suriya böhranında İranın mövqelərinin zəiflməsi, Türkiyənin isə əksinə, əsas üstünlük qazanması və son günlər keçirilən əməliyyatdan sonra söz sahibinə çevrilməsi Ermənistanı daha çox narahat edir. Mher Abramyanın sözlərinə görə, İsraillə qarşılıqlı raket hücumlarındandan sonra zəifləyən İranın Suriyada da uduzması rəsmi Tehranın Zəngəzur dəhlizi layihəsinə qarşı mövqeyini dəyişə biləcəyi erməni cameəsini qorxudur.
Elxan SALAHOV