19.04.2025, 13:44
AZ EN
03.12.2024, 17:55 165

Paşinyandan etiraf: ermənilər müharibəyə görə ölkəni tərk edir

XƏBƏRLƏR
  • "Ermənistan əhalisinin ölkəni tərk edərək xaricə köçməsinin səbəbi iqtisadi vəziyyət və ya sosial ədalətsizlik deyil. Bizim siyasətimiz bu problemin qarşısını qeyli dərəcədə alıb və 1990-cı illərdən fərqli olaraq indi Ermənistanda həyat şəraiti xeyli yaxşılaşıb. Ona görə də əhalinin ölkəni tərk etməsinin əsas səbəbini açıq deməkdən çəkinməməliyik: bu, müharibədir”.

“Vətən səsi” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, qeyd edib ki, Qarabağ ermənilərinin Ermənistanı tərk etməsini yerli əhali ilə eyniləşdirmək tamamilə yanlışdır. Baş nazirin fikrincə, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanı tərk edərək üçüncü ölkələrə köçən ailələr işliklik və sosial təminat məsələlərində çətinliklərlə üzləşsələr də, yerli ermənilərin belə bir problemi olmayıb: “Əhalinin miqrasiyası bütün dövrlərdə aktual olub. Biz 1990-cı illərin əvvəllərindən miqrasiya haqqında danışırıq və hər dəfə buna müxtəlif səbəblər gətiririk: hüquqi, sosial ədalətsizlik, biznes mühiti, infrastrukturun olmaması. Bunların hamısı doğrudur, zaman-zaman belə çətinliklərimiz olub. Amma bizim hakimiyyətimiz dövründə belə səbəblərdən ölkəni tərk edənlərin sayı ümimi miqrasiyanın uzağı 20 faizini təşkil edir. Gəlin açıq etiraf edək ki, bir çox ailələrin, xüsusilə gənc və orta nəslin ölkəni tərk etməsinin əsas səbəb qonşu dövlətlərlə münaqişəli münasibətlərimiz, regional siyasətimizdir”.

Paşinyan bu açıqlaması ilə etiraf edib ki, Azərbaycana qarşı ərazi iddialarına görə davam edən müharibə vəziyyəti həm də Ermənistan əhalisinin ölkəni tərk etməsinə gətirib çıxarır.

Elxan SALAHOV

 

Oxşar xəbərlər

SON XƏBƏRLƏR