Sərgi Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyənin Milli Müqdafiə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Türkiyə Prezident Adminstrasiyasının “Millət Kitabxanası”nda “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitanın təqdimat mərasimi çərçivəsində keçirilib. Azərbaycan və Türkiyənin Müdafi nazirləri Hulusi Akar və Zakir Həsənov, Silahlı Qüvvələrin komandanları, səfirlər, beynəlxalq təşkilatların təmsilçiləri, millət vəkilləri, tanınmış alimlər, kursantlar qardaş ölkədə yaşayan və çalışan azərbaycanlılar sərgi ilə tanış olublar.
Təqdimat mərasimində iştirak edən Müdafiə Naziri Zakir Həsənov bildirib ki, hamımıza məlumdur ki, 44 günlük müharibə Şuşanın azadlığı ilə başa çatdı. Şuşanın azad edilməsi Prezidentin xüsusi tapşırığı ilə həyata keçirildi. Zakir Həsənov Şuşa əməliyyatları ilə bağlı xatirələrini bölüşüb. Eyni zamanda təqdimat mərasimində çıxış edən Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar qeyd edib ki, azad olunmuş ərazilərin minalardan təmizlənməsində Azərbaycana yenə də dəstək verməyə hazırıq: “Ermənistana Azərbaycanın uzatdığı barış əlini tutmasını tövsiyə edirik. Gözləyirik, gözləntimiz budur. Çünki biz savaşmaq üçün deyil, sülh üçün varıq. Buna çalışırıq. Azərbaycan və Ermənistan arasında anlaşmanın imzalanması ilə bir atəşkəs anlaşması və arxasında bir sülh anlaşmasının imzalanması ilə bölgədə sülh istiqlalının saxlanması həm Azərbaycan, həm Ermənistan üçün, eyni zamanda bütün Qafqaz üçün sülhvə hüzur ortamının doğması üçün gerçəkdən əlimizdən gələn köməkliyi edirik. Azərbaycan bu mövzuilə bağlı nə lazımdırsa, hamısını etdi və etməkdə də davam edir. Bu çox önəmlidir və biz bu mənada Türkiyə olaraq Azərbaycan və Ermənistan arasındakı normallaşa və yaxşılığa doğru nə varsa, hamısın dəstəkləyirik. Bundan kənarda nə varsa, bu çözümsüzlüyü kökükləyən hər cür duruma qarşı oluğumuzu da hər kəsin bilməsini istəyirik”-, deyə Hulusi Akar bildirib.
Qeyd edək ki, sərgidə “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabı ilə yanaşı, nəfis tərtibatda nəşr olunan “Şuşa” kitabı Türkiyə ilə Azərbaycan Prezidentlərinin bir araya gəldikləri tədbirləri əks etdirən fotolar, iki ölkənin qardaşlığını simvolizə edən şəkillər də yer alıb.
Hazırladı:Tahirə AĞAMİRZƏ