Noyabrın 30-dək davam edəcək forumda dünyanın 100-dən çox ölkəsindən 6 mindən çox nümayəndə iştirak edir. Tədbir çərçivəsində keçiriləcək panel iclaslarında 250-dən çox yüksək səviyyəli qonağın çıxış edəcəyi gözlənilir. Çıxışçılar arasında dövlət və hökumət başçıları, görkəmli siyasi xadimlər, Nobel mükafatçıları da var.
Azərbaycanı tədbirdə xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Nazir müavini Rabat şəhərində yerləşən Mərakeş Diplomatik Araşdırmalar Akademiyasında gənc diplomatlarla keçirilən dəyirmi masaya da qatılıb.
Amadeus İnstitutunun prezidenti İbrahim əl-Fasi əl-Fəhri açılış nitqində bildirib ki, Tancə görüşü cari çətinliklərin təhlilinə və bu çətinliklərə cəsarətli, davamlı həllər tapmağa yönəlmiş bir addımdır. O, tədbirin mövzusunun xalqların öz yollarını müəyyənləşdirmə və qarşılaşdıqları çağırışlarla ləyaqətlə mübarizə aparma gücünə inamı əks etdirdiyini deyib.
Qəmər Adaları Federasiyasının prezidenti Osman Qəzali vurğulayıb ki, forumun mövzusu dünyanın, xüsusilə Afrika qitəsinin qarşılaşdığı çağırışların, qlobal gərginliklər və dünya nizamının pozulması ilə müşayiət olunan hazırkı geosiyasi məsələlərin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Eyni zamanda o, dünyadakı böhranlarla mübarizədə sürətli həllərin tapılmasının, beynəlxalq sabitliyi təmin edən sülh və təhlükəsizlik prinsiplərinin bərqərar olunmasının zəruriliyinə diqqət çəkib.
Konqo Demokratik Respublikasının Baş naziri Judit Tuluka Sominua çıxışında qida suverenliyini, enerji şaxələndirilməsini və texnoloji innovasiyaları suverenliyin əsas sütunları hesab edib. O, həmçinin bildirib: “Yeni qlobal tarazlığa doğru hərəkət etmək birgə işləmək bacarığımıza, gücümüzü birləşdirməyə, bilik və innovasiyanı paylaşmağa əsaslanır. Biz bununla yalnız ideal dəyərlər deyil, həmçinin hər bir vətəndaş üçün əsl həqiqətlərin olacağı, suverenliyin hökm sürəcəyi bir gələcək qura bilərik".
Qəmər Adaları Federasiyasının prezidenti Osman Qəzali vurğulayıb ki, forumun mövzusu dünyanın, xüsusilə Afrika qitəsinin qarşılaşdığı çağırışların, qlobal gərginliklər və dünya nizamının pozulması ilə müşayiət olunan hazırkı geosiyasi məsələlərin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Eyni zamanda o, dünyadakı böhranlarla mübarizədə sürətli həllərin tapılmasının, beynəlxalq sabitliyi təmin edən sülh və təhlükəsizlik prinsiplərinin bərqərar olunmasının zəruriliyinə diqqət çəkib.
Konqo Demokratik Respublikasının Baş naziri Judit Tuluka Sominua çıxışında qida suverenliyini, enerji şaxələndirilməsini və texnoloji innovasiyaları suverenliyin əsas sütunları hesab edib. O, həmçinin bildirib: “Yeni qlobal tarazlığa doğru hərəkət etmək birgə işləmək bacarığımıza, gücümüzü birləşdirməyə, bilik və innovasiyanı paylaşmağa əsaslanır. Biz bununla yalnız ideal dəyərlər deyil, həmçinin hər bir vətəndaş üçün əsl həqiqətlərin olacağı, suverenliyin hökm sürəcəyi bir gələcək qura bilərik". (AZERTAC)