Bunu millət vəkili Ceyhun Məmmədov deyib.
O, vurğulayıb ki, bu cəsarətli addımlar nəticəsində həmin dövrdə Azərbaycanda dağıdıcı proseslərin qarşısı alındı. Əgər həmin dövrdə Azərbaycanda bu qərar qəbul edilməsə, Ulu Öndər yenidən hakimiyyətə gəlməsə idi Azərbaycan qısa vaxtda çox ağır duruma düşə bilərdi. Bir tərəfdən daxili qarşıdurmalar, digər tərəfdən etnik separatçılıq meylləri ölkəni uçuruma aparırdı. Belə bir vəziyyətin qarşısını yalnız Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti ala bilərdi.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi nəticəsində cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası qısa zamanda inkişaf etdi, Onun özünün dediyi kimi: “Dünənin, bu günün və sabahın partiyası” adını qazanaraq qısa müddətdə bölgənin ən güclü partiyalarından birinə çevrildi.
Sonrakı illərdə Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Partiyanın nüfuzu, üzvlərinin sayı daha da artdı.
Bu gün Yeni Azərbaycan Partiyasının üzvləri Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bütün sahələrdə səylə çalışırlar. Bu siyasətə sadiqlik cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ulu Öndərə olan ümumxalq sevgisindən xəbər verir. Azərbaycan durduqca bu sevgi hər zaman insanların qəlbində yaşayacaq.
Heç şübhəsiz ki, bu gün Yeni Azərbaycan Partiyasının Dövlətimizin siyasi həyatında özünəməxsus yeri var. Partiya Azərbaycandakı digər partiyalarla sıx əməkdaşlıq edir. Partiyanın fəaliyyətində siyasi dialoqun inkişafı prioritet istiqamətlərindən birini təşkil edir.
Tahirə AĞAMİRZƏ