Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, general Yücel Karauz açıqlamasında ifadə edib.
“Ümumiyyətlə, BMT-nin qlobal səviyyəli tədbirləri ancaq sabitliyin və firavanlığın hökm sürdüyü ölkələrdə təşkil edilir. Mövzuya bu tərəfdən yanaşsaq, COP29-un məhz Azərbaycanda keçirilməsi ölkənin nüfuzunun və dünyada tutduğu mövqeyin göstəricisidir. Bu gün Azərbaycanın simasında problemlərini özü həll etmiş müzəffər bir dövlətin söz sahibi olduğunu, gücünü göstərdiyini və beynəlxalq səviyyədə qazandığı hörməti görürük. Bu baxımdan, hazırda Azərbaycanda davam edən COP29-u təkcə BMT-nin iqlim problemləri ilə bağlı tədbiri kimi deyil, həm də Azərbaycanın tutduğu mövqe, qlobal səviyyədə əldə etdiyi nüfuzun göstəricisi kimi qiymətləndimək lazımdır”, - deyə general əlavə edib. (AZERTAC)