22.11.2024, 05:28
AZ EN
15.11.2024, 19:42 115

Kembric Universitetinin professoru: Azərbaycan Xəzər regionunda davamlı texnologiyaların tətbiqinə liderlik edir

XƏBƏRLƏR
  • Bununla belə, yaşıl enerji istehsalı yalnız Azərbaycanı deyil, bütövlükdə Xəzər regionunu əhatə etməli və regional yanaşma ilə biznes modelinə çevrilməlidir. Düşünürəm ki, Azərbaycan artıq Xəzər regionunda davamlı texnologiyaların tətbiqinə liderlik edir.

Bu fikri müsahibəsində Kembric Universitetinin Mərkəzi Asiya Forumunun direktoru, COP29 Elm Şurasının üzvü professor Montu Saksena deyib.

Azərbaycanı iqlim dəyişikliyi ilə mübarizədə yeni texnologiyaların tətbiqinə dair təşəbbüslərinə görə təqdir edən professor bildirib ki, hazırda köhnə texnologiyaların həll kimi təqdim edilməsi əvəzinə, ən müasir və davamlı texnologiyalar tətbiq olunmalıdır. "Xüsusilə Xəzər regionunda bunun baş verməsi vacibdir, çünki burada həm resurslar, həm də qlobal davamlı texnologiya zəncirinə inteqrasiya oluna biləcək yeni ideyalar mövcuddur", - deyə Montu Saksena vurğulayıb.

O, Azərbaycanın COP29 tədbirinə ev sahibliyini yüksək qiymətləndirərək, təşkilatçılığın, xüsusilə logistika və qonaqpərvərliyin yüksək səviyyədə olduğunu deyib.

İqlim maliyyələşdirilməsinin əsas problemlərindən danışan professor Saksena qeyd edib ki, texnologiyaların tətbiqi üçün yalnız maliyyə deyil, düşünülmüş və davamlı maliyyə mexanizmləri lazımdır. Onun fikrincə, Azərbaycanın neft və qaz gəlirlərini yaşıl enerji istehsalına sərmayə qoymaq üçün istifadə etməsi böyük fürsət yaradır. (AZERTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR