"Vətən səsi" xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev özünün "Facebook" səhifəsində görüntü paylaşıb.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il noyabrın 20-də imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilmişdi. Məhdud sayda hərbi texnika və canlı qüvvədən ibarət kontingentin Azərbaycan ərazisində qalma müddəti 5 il nəzərdə tutulmuşdu. Lakin Qarabağda ölkəmizin suverenliyi tam təmin olunduqdan sonra sülhməramlıların bölgədə qalmasına zərurət aradan qaldırldığından hərbi kontingenin vaxtından əvvəl Azərbaycandan çıxarılmasına dair qərar qəbul edilib. Aprelin ortalarından başlayaraq hərbii kontingentin ölkə ərazisindən çıxması prosesi davam edir.
Rusiya sülhməramlıları kontingentinin hissələri Qarabağdan Ermənistanın Sünik (Zəngəzur) bölgəsinin Gorus və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress” agentliyinə açıqlamasında faktı təsdiqləyib. O, vurğulayıb ki, sülhməramlıların Ermənistanda dislokasiya olunması da müvəqqətidir:
Elxan SALAHOV