21.11.2024, 14:28
AZ EN
01.01.1970, 04:00 10

Antonio Quterreş: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizəyə əzmkar töhfələr verir

XƏBƏRLƏR
  • Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində əzmkar töhfələr verir, milli fəaliyyət planını təqdim edir.

Bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

Onun sözlərinə görə, Azərbaycan öz təşəbbüslərini həyata keçirə bilməkdə ambisiyalıdır.

"BMT-yə üzv dövlətlərin nümayəndələri COP-un uğurlu olması üçün tədbirə gəlməli və bu proses uğurlu olmalıdır. Çünki iqlim dəyişikliyi bütün dünyaya təsir edir. Bu il yaşadığımız ən isti il oldu. Biz quraqlıqlar, qasırğalar, dünyanın böyük hissələrini məhv edən daşqınlar yaşayırıq. Qlobal temperaturu sənaye inqilabından əvvəlki səviyyə olan 1,5 dərəcədən aşağı saxlamaq üçün emissiyalar ildə 9% azaldılmalıdır. Həqiqət ondan ibarətdir ki, emissiyalar hələ də artır və biz 1,5 dərəcəni itirmək təhlükəsi ilə üzləşirik. Beləliklə, vəziyyəti dəyişmək üçün bizə ambisiyalılıq lazımdır və bu, Azərbaycan üçün çox vacibdir", - Baş katib vurğulayıb.

O deyib ki, hər şeyi dəyişdirmək, kursu geri qaytarmaq üçün Azərbaycanda ambisiyalı, yüksək hədəflərə ehtiyac var:

"Gəlin unutmayaq ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində əzmkarca öz töhfələrini verir, milli fəaliyyət planını təqdim edir. Bu, çox mühüm bir siqnal olacaq və digər ölkələrə eyni şeyi etməli olduqlarını nümayiş etdirmək üçün bir nümunə ola bilər".

Müsahibənin tam versiyası ilə buradan tanış ola bilərsiniz. (Report)

Oxşar xəbərlər