"Vətən səsi" xəbər verir ki, bunu enerji təhlükəsizliyi sahəsində erməni ekspert Armen Manvelyan “Enerji prosesləri: region” mövzusunda seminarda deyib. O bildirib ki, Ermənistana qaz ixracı Azərbaycan üçün iqtisadi cəhətdən səmərəli deyil: "Azərbaycanın əlavə bazarlara ixrac etmək üçün əlavə qaz həcmi yoxdur, çünki Avropaya mavi qaz tədarükünü artırmağa çalışır. Belə olan halda Bakı niyə Ermənistana qaz satsın ki?!"
Manvelyan xatırladıb ki, Avropaya qaz ixracını iki dəfə artırmağı hədəfləyən Azərbaycan qardaş Türkiyəyə qazın hər 1000 kubmetrini 290 dollara satır. Ermənistan isə Rusiyadan aldığı təbii qazının hər 1000 kubmetrinə 165 dollar ödəyir: "Təkcə bu müqayisə onu göstərir ki, Azərbaycan Ermənistana təbii qaz satmağa o qədər də maraqlı olmayacaq. Ona görə də biz Rusiya qazından uzunmüddətli istifadə edə bilməyimiz üçün daha strateji və sərfəli variantlara üzərində düşünməliyik".
Elxan SALAHOV