Bu barədə Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svetlana Qrinçuk bildirib.
“Biz bütün bunları öz pavilyonumuzda nümayiş etdirəcəyik – müzakirələr aparıb həll yollarını işləyib hazırlayacağıq. Çünki COP çoxdandır ki, təkcə iqlimlə bağlı deyil. Bu, geniş miqyaslı bütün kritik ekoloji problemlərin müzakirə edilməli olduğu platformadır. Təəssüf ki, Ukrayna bütün beynəlxalq müqavilələrin pozulduğu platformadır”, - deyə nazir vurğulayıb.
Qrinçukun sözlərinə görə, Ukrayna COP29-da digər iştirakçılarla iqlim maliyyələşdirilməsinə dair qlobal mexanizminin işlənib hazırlanması haqqında danışacaq. “Bu məsələdə Ukraynanın səsi eşidilməlidir. Biz bərpa olunmağa, uyğunlaşmağa və bu ədalətsiz müharibədə sağ qalmağa kömək edəcək maliyyə alətlərinə çıxış əldə etməliyik”, - deyə ukraynalı nazir əlavə edib. (AZERTAC)