Bu sözləri BMT-də akkreditə olunan xarici KİV nümayəndələrinin tərkibində ölkəmizə gələn “Al Arabiya” telekanalının əməkdaşı Abdellah İmassi Füzulidə erməni vandalizmi ilə tanış olarkən söyləyib.
“Azərbaycan bizə müharibədən sonra yenidənqurma işlərinin, inşaatın necə aparılmalı olduğunu göstərir. Siz həm özünüzü qorudunuz, həm torpağınızı qaytardınız, həm də dünyaya göstərirsiniz ki, bərpa necə aparılır. Bunun üçün Azərbaycanı təbrik edirəm”, - deyə Abdellah İmassi əlavə edib. (AZƏRTAC)