Bu barədə İcmanın sədri Əziz Ələkbərli “Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” adlı beynəlxalq elmi konfransda çıxışı zamanı məlumat verib.
O bildirib ki, həmin komissiyaya hüquqşünaslar cəlb olunub: “Onlar Qərbi azərbaycanlıların beynəlxalq hüquqi kontekstdə öz doğma yurdlarına necə qayıda biləcəkləri barədə araşdırmalar aparacaqlar”.
Qeyd edək ki, Hüquq Komissiyasının sədri hüquq elmləri doktoru, professor Zahid Cəfərovdur. (Report)