Bu barədə sorğusuna cavab olaraq ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə tullantıların qarşını almaq üçün maarifləndirmə lövhələri quraşdırılıb, müvafiq tədbirlər görülür: “Aidiyyəti bütün qurumlar cəlb olunmaqla məsələnin aradan qaldırılması tapşırığı verilib. Bütün magistral yollar boyu, əhalinin dayandığı və piknik elədiyi yerlərdə quraşdırılıb”.
Vüqar Kərimov qeyd edib ki, növbəti turist axını əsasən aprel-may aylarında gözlənilir: “Həmin müddətə kimi bütün qurumlar səfərbər olub öz işlərini görməlidir”. (APA)