19.10.2024, 15:32
AZ EN
10.10.2024, 17:39 135

İsrail mətbuatı: "Zəngəzur Azərbaycanın tarixi ərazisidir"

XƏBƏRLƏR
  • "Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçməklə Azərbaycanın anklavı olan Naxçıvanla  birləşdirəcək. 1868-ci ildə Rusiya imperiyasının yaratdığı əyalət olan bu əraziyə Ermənistanın da, Azərbaycanın da iddiası var. 1919-cu ilin yanvarında o vaxt Azərbaycan üzərində mandata malik olan Britaniya Zəngəzur dəhlizi üzərində Azərbaycanın yurisdiksiyasını təsdiqləyib".

"Vətən səsi" xəbər verir ki, bu fikirlər İsrailin "Jewish News Syndicate (JNS)" saytında yayılan məqalədə əksini tapıb. Qeyd olunur ki, 44 günlük Vətən müharibəsi başa çatandan sonra Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanmış üçtərəfli bəyanatda Zəngəzur dəhlizinin açılması barədə Ermənistanın üzərinə öhdəlik qoyulub. İsrail mətbuatı bu məqamda tarixi faktlara da istinad edib. Qeyd olunur ki, hələ 1919-cu ildə Böyük Britaniya Zəngəzur dəhlizi üzərində Azərbaycanın yurisdiksiyasını təsdiqləsə də, bir il sonra, 1920-ci ildə sovet hakimiyyəti bölgəni nəzarətə götürüb və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru əlaqəsini kəsərək ərazini yenidən Ermənistan SSR-ə verib.

Məqalədə bir daha vurğulanır ki, Böyük Britaniya Zəngəzur torpağını Azərbaycan ərazisi kimi tanıyıb və heç vaxt bundan imtina etməyib.
 
Yeri gəlmişkən, iki gün əvvəl Moskvada MDB dövlət başçılarının görüşündən sonra Zəngəzur dəhlizinin açılması məsələsi Ermənistanda gündəmin əsas mövzularından birinə çevrilib. İrəvanın keçmiş meri, tanınmış aktyor Ayk Marutyanın şousunda sərgilədiyi Ermənistan xəritəsində Zəngəzur ərazinin olmaması erməni ictimaiyyətində dəhlizlə bağlı müzakirələri qızışdırıb. Bildirilir ki, Paşinyan hökuməti Qazaxın kəndlərinin Azərbaycana təhvil verdiyi kimi, Zəngəzur dəhlizi məsələsində də rəsmi Bakının tələblərini yerinə yetirməyə hazırlaşır.
 
Elxan SALAHOV
Oxşar xəbərlər