21.12.2024, 04:10
AZ EN
02.10.2024, 12:57 236

Qəzənfər Əhmədov: Azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi məzar yerlərində qazıntı işlərinə ciddi maneə yaradır

XƏBƏRLƏR
  • Hazırda azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi məzar yerlərində qazıntı və ekshumasiya işlərini aparmağa ciddi maneə yaradır.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov itkin düşmüş şəxslər mövzusuna həsr edilmiş beynəlxalq konfransın "Ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi və onların ehtiyaclarının qarşılanması mövzusu"nda keçirilən sessiyasında deyib.

Onun sözlərinə görə, itkin düşən şəxslərin ailələrindən bioloji nümunələr götürülüb:

“Azad edilmiş ərazilərdə çoxsaylı məzar yerləri mövcuddur. İşçi Qrup məzar yerləri ilə bağlı məlumatların toplanması işlərini də davam etdirir”. (Report)

Oxşar xəbərlər