22.11.2024, 17:58
AZ EN
27.09.2024, 20:38 155

İsveç səfiri: Skandinaviya ölkələri “yaşıl” keçid yolunda Azərbaycan üçün mühüm tərəfdaş ola bilər

XƏBƏRLƏR
  • Skandinaviya ölkələri “yaşıl” keçid yolunda Azərbaycan üçün mühüm tərəfdaş ola bilər.

Bunu İsveçin Azərbaycandakı səfiri Tobias Lorentsson Bakıda Şimali Avropa ölkələrinin inkişafının “yaşıl modeli” (NORDIC TALKS: Nordic Green Model) təşəbbüsü çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Skandinaviya ölkələri uzun illərdir həm milli, həm də qlobal miqyasda davamlı inkişaf məqsədlərini təşviq etməkdə ön sıralardadır.

“Skandinaviya ölkələrinin təcrübəsi göstərdi ki, bir tərəfdən ətraf mühit və iqlim siyasəti, digər tərəfdən isə iqtisadi artım və rəqabətqabiliyyətlilik bir-birini istisna etmir”, - səfir qeyd edib.

O vurğulayıb ki, şimal ölkələri şirkətləri vasitəsilə “yaşıl” texnoloji həllər təklif etməklə Azərbaycan üçün davam edən və iddialı “yaşıl” keçiddə mühüm tərəfdaş ola bilər.

“Noyabrda Bakıda keçiriləcək COP29 ərəfəsində regionumuz iqlim məsələləri üzrə beynəlxalq danışıqlarda effektiv həll yollarının təşviqi üçün də fəal şəkildə çıxış edəcək”, - səfir əlavə edib. (Report)

Oxşar xəbərlər