23.11.2024, 03:22
AZ EN
18.08.2022, 10:30 338

BMT nümayəndəsi: "Azərbaycanın hüquqi xidmətlər istiqamətində gördüyü işləri dəstəkləyirik"

XƏBƏRLƏR
  • "Azərbaycan hökumətinin hüquqi xidmətləri hər bir ölkə vətəndaşı üçün əlçatan edə bilmək səylərini alqışlayır və bu istiqamətində gördüyü işləri böyük məmnuniyyətlə dəstəkləyirik".

Bu fikirləri BMT İnkişaf Proqramının inkişaf həlləri üzrə rəhbəri Nərgiz Quliyeva həssas qruplara hüquqi yardım və ödənişsiz hüquqi yardım sahəsində mövcud vəziyyət adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əməkdaşlıq uğurun bir hissəsidir:

“BMT İnkişaf Proqramının (BMTİP) “Azərbaycanda institusional potensialın gücləndirilməsi vasitəsilə insan hüquqlarına əsaslanan yanaşmanın aktuallaşdırılması” layihəsi çərçivəsində hüquqi yardımın göstərilməsi üçün Qadın Resurs Mərkəzlərinin seçilməsi bu yardımdan əhalinin həssas qruplarından olan qadınların da faydalanmasına imkan verir”. (Report)

Oxşar xəbərlər