- “119 saylı Ağdam Seçki Dairəsinin 21 saylı Seçki Məntəqəsi Alıbəyli kənd tam orta məktəbində yerləşir. Məntəqədə növbədənkənar parlament seçkilərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Seçicilərə səsvermənin tarixi, vaxtı və yeri barədə bildirişlər paylanılıb. Məntəqə, həmçinin lazımi texniki vasitələrlə təmin edilib. Siyahıya görə, məntəqə üzrə 1 388 seçici qeydə alınıb və ilk dəfə səsvermə hüququndan istifdə edəcək gənclərin sayı isə 14 nəfərdir”.
Bu barədə “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 119 saylı Ağdam Dairə Seçki Komissiyasının 21 saylı Məntəqə Seçki Komissiyasının (MnSK) sədri Tünzalə Vəliməmmədova deyib.
Onun sözlərinə görə, MnSK-nın üzvləri aşağı seçki komissiyaları üçün təşkil edilən treninqlərdə iştirak ediblər.
Sədr əlavə edib ki, beynəlxalq müşahidəçilər 21 saylı Seçki Məntəqəsinə baş çəkiblər.